Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 52,4 faiz artıb

Cari ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,4 faiz artaraq 7 milyard 672,2 milyon manat təşkil edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir qeyd edib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 4 milyard 3,4 milyon manat olub. Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var.

Əvvəlki məqalə

Ordubadda 20 il əvvəl bacısını öldürüb həyətdə basdıran şəxs tutulub

Sonrakı məqalə

Sabah hava necə olacaq?