Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi artıb- RƏQƏMLƏR

2023-cü ilin yanvar-avqust aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,4 faiz artaraq 12 milyard 80,4 milyon manat təşkil edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 6 milyard 865,6 milyon manat olub.

 

Əvvəlki məqalə

“Rusiya Qafqazda sülhü qoruya bilmir”

Sonrakı məqalə

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək