“ABŞ Dövlət Departamenti Ukrayna dronlarının Kremlə hücumu ilə bağlı Rusiyanın iddialarını hələlik təsdiqləyə bilməyib”.
Azpost.info xəbər verir ki, “The New York Times” bunu ABŞ dövlət katibi Entoni Blinkenə istinadən yazıb.
Blinken bildirib ki, Vaşinqton mayın 3-nə keçən gecə Moskvada dəqiq nə baş verdiyini hələlik bilmir.
Ukraynanın dron hücumunda iştirakı ilə bağlı ABŞ-ın mövqeyinin necə olduğuna dair suala isə Blinken belə cavab verib: “Özlərini necə müdafiə etmək barədə qərarları Ukrayna özü verməlidir”.
Azpost.info