Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Dövlət qurumları 814 min manatlıq tender imzaladı

Orkhan Ali 12 İyun 2025 - 11:24 (Last updated: 12 İyun 2025 - 11:45)
Tender

Tender

Azərbaycanda dövlət qurumları tərəfindən son günlərdə həyata keçirilən tenderlər yenidən diqqət mərkəzinə düşüb. AzPost -un əldə etdiyi məlumata görə, müxtəlif dövlət qurumları avtomobil, İT avadanlıqları və xidmətləri üçün ümumilikdə 814 min manatlıq müqavilə bağlayıb. Maraqlısı isə odur ki, bu tenderlərin bəziləri dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu nəqliyyat vasitələrinin alınması üçün 136 min manat sərf edəcək. Qurum bu məqsədlə “Azərmaş Park” MMC ilə artıq müqavilə imzalayıb.

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC də tender keçirib. Şirkət “Toyota Camry 2.5 I Hybrid” markalı avtomobilin alınması üçün 78 min manat ödəyəcək. Maraqlı məqam ondadır ki, bu satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib və birbaşa müqavilə əsasında “Toyota Bakı Mərkəzi” MMC ilə bağlanıb.

Daha iri məbləğ isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xərclənəcək. Belə ki, qurum informasiya-kommunikasiya avadanlığı, kəsilməz enerji ehtiyatı sistemi, şəbəkə infrastrukturuna texniki xidmət və proqram təminatının təkmilləşdirilməsi üçün 600 min manat ayırıb. Sözügedən layihəni isə “BestComp Group” QSC həyata keçirəcək.

Qeyd edək ki, şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla əlaqəli olduğu barədə mətbuatda iddialar var. Həmçinin bu tender də dövlət satınalmaları portalı üzərindən elan edilmədən bağlanıb.

AzPost.az

Post navigation

Previous: TuranBank 33 yaşını qeyd edir
Next: Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.