Dövlət Vergi Xidməti 32 min manata jurnal alıb

03 Dekabr 2019 - 11:20

Azərbaycan Respublikası Vergilər Nazirliyi ( son statusuna əsasən Dövlət Vergi Xidməti) daha bir jurnalı satın aldığı məlum olub.

Banker.az xəbər verir ki, Vergi Xidməti  “Finansist” jurnalını 31 980 manata satın alıb.

Qeyd edək ki, bu jurnalına nəzər saldıqda sonuncu dəfə 19 sentyabr tarixində məlumatlar [xəbərlər] yerləşdirilib. Sonuncu nəşr isə 2014-cü ildə buraxılıb (saytına istinad etsək). Jurnal 2004-ci ildə təsis edilmişdir.

VN, buna qədər isə özünə məxsus “Azərbaycanın vergi jurnalı”nı 58 400 manata UNEC-ə satmışdı.