Dövlət Komitəsi Lənkəranda vəzifəli şəxslərin məktəbli qızı döyməsinə münasibət bildirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən məktəbli qızın döyülməsi iddiası ilə bağlı açıqlama yayıb.

Dövlət Komitəsindən verilən məlumata görə, kütləvi informasiya vasitələrində 15 iyul 2022-ci il tarixdə Lənkaran şəhərində 9-cu sinif şagirdinin fiziki zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal Lənkəran Şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlanılıb və uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlərin görülməsinə dair müvafiq tövsiyələr verilib.

Həmçinin hadisənin hərtərəfli araşdırılması məqsədi ilə aidiyyəti orqanlara 15 iyul 2022 ci il tarixli rəsmi məktublar da ünvanlanıb.

Qeyd edilib ki, müvafiq söhbətlər və psixoloji qiymətləndirmənin aparılması məqsədi ilə yetkinlik yaşına çatmayan uşaq valideynləri ilə birlikdə 18 iyul 2022 ci il tarixdə Dövlət Komitəsine dəvət edilib: “Artıq faktla bağlı Lənkəran şəhər prokurorluğunda aparılan araşdırmanın ilkin nəticələri haqqında müvafiq açıqlama verilib. Dövlət Komitəsi bütün əlaqədar tərəflərlə birgə fəaliyyətin nəticələrinə, həmçinin öz səlahiyyətləri çərçivəsində gördüyü işlərə dair ictimaiyyəti məlumatlandıracaq”.

Əvvəlki məqalə

Rusiya xarici peykləri məhv etmək üçün yeni lazer silahı hazırlayır –

Sonrakı məqalə

İranın Kəşfiyyat Nazirliyi Qərbi Azərbaycanda terror qruplaşmasını həbs edib