Dövlət Komitəsi:""Əbu Bəkr" məscidinin açılması nəzərdə tutulur"

“”Əbu Bəkr” məscidinin açılması nəzərdə tutulur. Bunun üçün orada icmanın yaradılması planlaşdırılır”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, məscidin minarəsinin təməlində problem aşkarlanıb: “Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir