Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlandı- Mərkəzi Bank

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda ötən aya nəzərən 225 min ədəd artaraq 12 milyon 244 min ədəd təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21,8 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,8 faiz, kredit kartları üzrə 28,9 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 76 min, kredit kartları 348 min, digər kartlar isə 1,8 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Əvvəlki məqalə

“Lavrova daha çox yer ayırırsız”

Sonrakı məqalə

“İsveç və Finlandiya tələb etdiyimiz terrorçuları bizə təhvil verməyiblər”