Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyul ayının sonunda ötən aya nəzərən 306 min ədəd artaraq 15 milyon 346 min ədəd təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 18.7 faiz, kredit kartları üzrə 24.5 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 404 min, digər kartlar isə 1.8 milyon ədəd artıb.

Əvvəlki məqalə

Erməni silahlı dəstələri Füzuli-Bakı sərnişin təyyarəsinə radiomaneələr tətbiq edib

Sonrakı məqalə

Şuşa və Füzuli məktəblərinə müəllimlər işə qəbul olunur