Lənkəran şəhərində yerləşən “Kaspi Kids” məktəbəqədər hazırlıq kursunda müəllimə tərəfindən döyülən uşağın atası açıqlama verib.
Azyaşlının atası Fuad Hüseynov bildirib ki, uşağın müəlliməsi özü təsdiqləyib ki, o, uşağı vurub.
Belə ki, bağça işçiləri uşağın üzərindəki paltarı dəyişib hadisəni gizlətməyə çalışıblar. Uşaq 2-3 saat ərzində bu vəziyyətdə qalaraq ağlayıb.
“Onlar hadisədən sonra evimə gəliblər. 950 manat gətiriblər. Təklif ediblər ki, uşağın aylıq ödənişidir və onu geri qaytarırıq. Sonra yalan məlumat yaydılar ki, guya mən uşağı pulsuz oxutdurmuşam. Mən istəyirəm ki, hadisəyə hüquqi qiymət verilsin,” — deyə Fuad Hüseynov bildirib.
Cenublu.az