Dron hücumlarını media və internetdə yayan rusların həbsə atılması təklif olunur

Federasiya Şurası Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi hallar istisna olmaqla, mərmi, pilotsuz təyyarələrin hücumu və qoşunların yerləşdirilməsi yerlərinin foto və videolarının mediada və internetdə yayılmasını qadağan etməyi təklif edib.

Azpost.info xəbər verir ki, komitənin rəhbəri Andrey Klişas bildirib ki, müvafiq qanun layihəsi Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin bir qrup senatoru tərəfindən hazırlanıb.

Onun sözlərinə görə, Ukrayna ilə müharibə şəraitində vətəndaşların dərc etdiyi məlumatlar düşmən üçün informasiya mənbəyinə çevrilir: “Ukrayna Silahlı Qüvvələri hərbi texnika, silah və sursatların yerini, həmçinin hər hansı potensial döyüş hədəfini müəyyən etmək üçün foto və video materiallardan istifadə edir”.

Azpost.info

Əvvəlki məqalə

Ombudsmanın nümayəndələri Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə görüşüb

Sonrakı məqalə

Litva Belarusla sərhəddə iki keçid məntəqəsini bağlayır