Litva Belarusla sərhəddə iki keçid məntəqəsini bağlayır- Açıqlama

Litva hökuməti 2023-cü il avqustun 18-dən Belarusla sərhəddəki Şumskas və Tveryaçyus sərhəd-keçid məntəqələrinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.

Azpost.info xəbər verir ki, qərar Litvanın Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi və sərhəd xidməti ilə razılaşdırılıb.

“Bunun bir neçə səbəbi var. İlk növbədə geosiyasi vəziyyət və təhlükələrin azaldılması. Eləcə də sərhəd nəzarəti əməkdaşlarını digər keçid məntəqələrinə göndərmək imkanı və qaçaqmalçılığın azaldılması məsələləri”, – nəqliyyat nazirinin müavini Aqne Vayçukyaviçyute bildirib.

O, Şumskas və Tveryaçyus sərhəd-nəzarət məntəqələrinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar nəqliyyat vasitələrinin növbələri və yüklərin daşınması ilə bağlı vəziyyətin əsaslı şəkildə dəyişməyəcəyinə ümid etdiyini bildirib.

Altı keçid məntəqəsindən dördü öz işini davam etdirəcək.

Azpost.info

Əvvəlki məqalə

Dron hücumlarını media və internetdə yayan rusların həbsə atılması təklif olunur

Sonrakı məqalə

Rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalanıb –