DSMF 6 ayda 272 şəhid və 15 Milli Qəhrəman ailəsinə elektron arayış verib

2021-ci ilin yanvar-iyun aylarında DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 19 162 nəfər olub.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, bu arayışların 7 354-ü pensiya, 4 571-i müavinət və təqaüd, 3 940-ı fərdi şəxsi hesab, 1001-i ünvanlı dövlət sosial yardımı, 783-ü torpaq pay mülkiyyətçisi, 788-i sosial sığorta şəhadətnaməsinin nömrəsi, 272-si şəhid ailəsi üzvü, 212-si ünvanlı dövlət sosial yardımı ödənişləri, 118-i sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 108-i əlilliyi olan şəxslərə qulluq, 15-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir