DSMF ötən ay vətəndaşlara 2420 elektron arayış təqdim edib

18 Mart 2021 - 10:29

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə vətəndaşlara yanvar ayında 3 279, fevral ayında isə 2 420  elektron arayış təqdim olunub.

Bunu Azpost.info-ya  açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.