Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

DTX Qarabağın erməni əhalisinə müraciət etdi

User 25 Sentyabr 2023 - 10:01 (Last updated: 21 May 2025 - 20:15)
dtx

“Məlum olduğu kimi, cari ilin 19-20 sentyabr tarixlərində Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilmiş, terrorçu dəstələr təslim olmağa məcbur edilmişlər”.

Bu barədə Dövlət Təhlükəsizliyi xidməti Qarabağ bölgəsinin erməni əhalisinə müraciətində deyilir.

“Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılmışlar.

Qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülmüşdür.

Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır.

Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir”, – müraciətdə vurğulanıb.

Post navigation

Previous: ” Bir insan, bir ailə, bir ölkə” layihəsi Masallıda uğurla reallaşıb
Next: İrəvanda etirazçılar mərkəzi küçələri bağlamağa başlayıblar

Oxşar xəbərlər

erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12

xƏBƏR

kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
Alimlərin və kosmetologiya mütəxəssislərinin araşdırmaları dəriyə qulluqda təbii vasitələrin mühüm rol oynadığını göstərir. Bunun səbəbi onların dərinin...
Read more about Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP tramp cixis
  • Dünya

“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP

User 30 Oktyabr 2026 - 20:42
ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır tramp putin zelenski
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır

User 30 Oktyabr 2026 - 20:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.