DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir –Saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirir.

Azpost.info APA-ya istinadən xəbər verir ki, əməliyyat Naxçıvandakı sərhəd gömrük keçid məntəqələrində aparılıb. Saxlanılan şəxslərin olduğu qeyd olunur. Bildirilir ki, hazırda Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.

Əvvəlki məqalə

Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıdı

Sonrakı məqalə

Putin Ermənistana gəldi