Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıdı- QƏTNAMƏ

Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyan qətnaməni qəbul edib.

Azpost.info xəbər verir ki, səsvermədə iştirak edən 596 deputatdan 494-ü sənədin lehinə, 58-i əleyhinə səs verib. 44 deputat bitərəf qalıb.

Qətnamə çoxluğun rəyini əks etdirir, lakin ölkələri terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etmək üçün Avropa İttifaqının qanunvericilik imkanları yoxdur.

Avropa Parlamentinin saytında verilən məlumatda deyilir ki, deputatlar Prezident Putini və Rusiya hökümətini beynəlxalq tribunala cəlb etmək üçün hüquqi baza yaratmağa hazırlaşırlar.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış edir

Sonrakı məqalə

DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir –