DTX-nın həbs etdiyi Cəlilabadın sabiq icra başçısı məhkəməyə gətirilib

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov məhkəməyə gətirilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiq icra başçısı N.  Zeynalov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib.

Prosesə Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cəlilabadın sabiq icra başçısı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi

Sonrakı məqalə

KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib