DTX Zəfər Günü ilə bağlı paylaşım edib –VİDEO

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən olan 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib.

DTX -nın məlumatına görə, Xidmətin rəsmi saytında və sosial şəbəkə hesablarında paylaşılan videoçarxda Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan şanlı səhifə yazan qətiyyətli sərkərdə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun Vətən müharibəsində düşməni darmadağın edərək qazandığı tarixi Qələbə tərənnüm olunur. Videoçarxda Azərbaycan Ordusunun döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurmasını, Ermənistan ordusunun bölmələrinin darmadağın edilməsini, işğaldan azad olunan ərazilərdə Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağının ucaldılmasını, müharibədə “Dəmir yumruq” kimi sarsılmaz birlik sərgiləyən əzmkar xalqımızın Qələbə coşqusunu əks etdirən görüntülər yer alıb.

Xüsusi vurğulamaq lazımdır ki, ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ulu öndər Heydər Əliyevin layiqli irsini uğurla davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları Vətən müharibəsində doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə yüksək vətənpərvərlik, rəşadət və qəhrəmanlıq nümunələri göstəriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Doğulan uşağa görə verilən birdəfəlik müavinət artırılır

Sonrakı məqalə

Ölkədə dəfn üçün verilən pul 33 faiz artacaq