Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı rəqəmləri açıqlayıb

Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının real ifadədə 3,1% artacağını gözləyir. Bu, ötən ilin iyul proqnozu ilə müqayisədə 0,8 faiz bəndi azdır.

APA-Economics”in maliyyə institutunun yenilənmiş regional hesabatına istinadən verdiyi məlumata görə, 2023-cü ildə 2,7%-lik artım proqnozlaşdırılır ki, bu da ötən proqnoz ilə müqayisədə 0,7 faiz bəndi azdır. Bələliklə, 2022-2023-cü illərdə ölkə iqtisadiyyatının orta artım tempinin 2,9% olacağı güman edilir. Bu proqnoz, pandemiyanın nəzarət altında qalacağını və vaksinasiyanın hazırkı tempi ilə davam edəcəyini nəzərdə tutur.

Qeyd edilir ki, qeyri-enerji sektorunun, münaqişədən sonrakı yenidənqurma da daxil olmaqla, artan dövlət sərmayəsi ilə dəstəklənən iqtisadi artıma təkan verəcəyi gözlənilir.

Xatırladaq ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin yenilənmiş gözləntilərinə görə, bu il Azərbaycan iqtisadiyyatı real ifadədə 2,7% artacaq.

Asiya İnkişaf Bankının yenilənmiş proqnozuna əsasən isə, bu il ölkədə real ÜDM-in artım tempi 3,7% təşkil edəcək. 2021-ci ildə isə Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% artıb.

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Bakı Cənubi Osetiyada keçirilmiş “prezident seçkisi”ni tanımadığını bəyan edib