Dünya Bankı Ukrayna tələbələri üçün 100 milyon dollar ayırır

Dünya Bankı ali təhsil alan tələbələrə təqaüd ödəmək üçün Ukraynaya 100 milyon dollar ayıracaq.

Azpost.info xəbər verir ki, yardım 2021-2022-ci tədris ilində 172 min tələbə üçün akademik təqaüd və 50 min təqaüdçü tələbə üçün sosial təqaüdü təmin edəcək.

Dünya Bankından bildiriblər ki, Rusiyanın hərbi təcavüzü fonunda bir çox ukraynalı ailələr uşaqlarının təhsilini təmin edə bilmir: “Bu təqaüd proqramları tələbələrin əsas ehtiyaclarını və xidmətlərini təmin etməyə kömək edəcək və son nəticədə təhsil prosesinin davam etdirilməsinə və təlim nəticələrinin yaxşılaşdırılmasına töhfə verəcək”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın Avropa İttifaqına ixracı kəskin artıb –

Sonrakı məqalə

İki ayda 74 min ton meyvə-tərəvəz ixrac edilib