Dünya birjalarında neft sürətlə ucuzlaşır –50 dollardan aşağı enib

Dünya birjalarında neftin qiyməti sürətlə ucuzlaşmaqdadır.

Bakı vaxtilə fevralın 4-ü saat 1-15-ə olan məlumata London birjasında keçirilən hərraclarda Brent markalı neftin qiyməti 2,4 dollar və ya 4,2% ucuzlaşaraq 55 dollardan da aşağı düşüb və 54,25 dollarda qərarlaşıb.

ABŞ-dakı hərraclarda isə WTI markalı neftin qiyməti 50 dollardan da aşağı enib. Burada neft bir gündə 1,6 dollar və ya 3% ucuzlaşaraq 49,99 dollar olub.

Xatıradaq ki, dünya bazarında neftin ucuzlaşması Çində tapılan koronavirus epidemiyası ilə bağlıdır. Nəticədə birjalarda digər xammallar kimi, neft də ucuzlaşır,  bütün neft ölkələrini narahat edən vəziyyət yaranıb. Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 55 dollar götürülüb. Amma bu Azərbaycan neftinin qiymətidir və adətən Azərbaycan nefti Brent markalı neftdən bir neçə dollar daha yüksək qiymətə satılır.

Məsələn, ötən həftə sonu Azərbaycan neftinin qiyməti 62 dollardan yüksək idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Amerikada nə qədər gənc milyoner var?

Sonrakı məqalə

AZTV-nin sabiq sədr müavini Cavanşir Cahangirov vəfat edib –