Dünya İqtisadi Forumu hesabatında Azərbaycanla bağlı nə yazıb?

Dünya İqtisadi Forumunun (World Economic Forum) hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar xüsusi vurğulanıb.
Azpost bildirir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
Bu uğurlara:
İqtisadi səmərəlilik və sosial fayda;
– Strateji biznes imkanları;
– Dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı daxildir.
“Dövlət-özəl tərəfdaşlığının inkişafı ölkəmizdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticələr verir. Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır”.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.