Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Heydər Əliyev qətlə yetirilmiş DİN nazirinin dəfnində –

User 06 İyun 2025 - 14:04 (Last updated: 06 İyun 2025 - 12:11)
Heydər Əliyev

Heydər Əliyev

Heydər Əliyev qətlə yetirilmiş DİN nazirinin dəfnində

İnternetdə Azərbaycan SSR-in sabiq daxili işlər naziri olmuş Arif Heydərovun dəfni ilə bağlı nadir görüntülər yayımlanıb.

AzPost bildirir ki, o, 1978-ci ilin iyununda kabinetində qətlə yetirilib.

Görüntülərdə vida mərasimində iştirak etmiş o zaman Azərbaycana rəhbərlik edən mərhum Heydər Əliyevin fəxri qaravulda durduğu görünür.

H.Əliyev həmçinin tabutu götürərək vidalaşır.

Azərbaycan dövlət xadimi Arif Heydərov 1970-1978-ci illərdə Azərbaycan SSR daxili işlər naziri olub. daxili xidmət general-leytenantıdır.

Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov Neft Trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944–1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945–1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949–1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib.

Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. 1967–1970-ci illərdə Türkiyədə konsul, 1970–1978-ci illərdə Azərbaycan SSR daxili işlər naziri işləyib. Azərbaycan SSR Ali Sovetinin deputatı idi.

Arif Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilib. Qatil Şuşa həbsxanasının təsərrüfat hissəsinin rəisi kapitan Ziya Muradov 29 iyunda Bakıya gələrək, mülki geyimdə Daxili İşlər Nazirliyinin binasına daxil olur. Nazirin qəbul otağına gələrək, nazirin böyük referenti podpolkovnik Səfixanovu Makarov tipli tapanca ilə öldürür və otağa daxil olaraq nazir Arif Heydərovu və onun müavini general Salahəddin Kazımovu qətlə yetirir. Daha sonra Z. Muradov özünü öldürür. Qəzetlərə qətl xəbəri “xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak olmuşdur” ifadəsi ilə çıxıb.

Alman, ingilis, türk, fars dillərini bilirdi. SSRİ-nin “Qırmızı Bayraq”, “Şərəf nişanı” ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunmuşdu.

Arif Heydərov Fəxri Xiyabanda dəfn olunub.

Adına Bakıda tanker, küçə,məktəb vardır. DİN hospitalı Arif Heydərovun adını daşıyır.

 

https://www.youtube.com/watch?v=EZ0FyAdgDOM

AzPost.az

Post navigation

Previous: Tülkü min il əvvəl ev heyvanı olub
Next: 2014-cü ildə İlham Əliyev Putinin “referendum” təklifini rədd edib

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 11 Noyabr 2026 - 12:45
Noyabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Sabaha olan hava proqnozu
İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib İlham Əliyev
  • Siyasət

İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib

User 11 Noyabr 2026 - 12:37
Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir ukrayna ordu
  • Dünya

Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir

User 11 Noyabr 2026 - 12:30
İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var iran raket
  • Dünya

İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var

User 11 Noyabr 2026 - 12:23
Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur” yataqxana
  • Sosial

Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur”

User 11 Noyabr 2026 - 12:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.