“Dünya ölkələrinin dollardan imtinası sürətlənir” –BVF-nin sabiq iqtisadçısı

Ukraynada müharibə  başlanmasından sonra dünyada “dollarsızlaşma” tempi 15 il əvvəllə müqayisədə 10 dəfə sürətlənib.

Azpost.info bildirir ki, bu sözləri ABŞ -ın “Morgan Stanley” investisiya bankının valyuta araşdırmaları şöbəsinin keçmiş rəhbəri və Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş iqtisadçısı Stiven Yen “Die Welt” qəzetinə müsahibəsində bildirib.

İqtisadçının fikrincə, dünya valyuta ehtiyatlarının vəziyyətini təhlil etsək, dünya iqtisadiyyatının de-dollarizasiya prosesi nəzərə çarpır. “Bu valyuta ehtiyatlarında dolların payı xüsusilə 2022-ci ildə sürətlə azalır. Ukraynada müharibə başlayandan sonra bu azalma əhəmiyyətli dərəcədə sürətlənib. Bu ötən 15 ildə müşahidə olunandan 10 dəfə yüksək sürətlə baş verib- Yen bildirib.

O qeyd edib ki, əksər müşahidəçilər dedollarizasiyanın fərqinə varmır, çünki onlar BVF-nin dərc etdiyi məlumatlara əsasən mərkəzi bankın dollar ehtiyatlarının nominal dəyərinə baxırlar. “Lakin dolların dəyərindəki dəyişiklikləri nəzərə alsaq, hesablamalarımıza görə, 2016-cı ildən bəri o, xarici ehtiyatlardakı payında təxminən 11 faiz bəndini itirib”, – ekspert izah edib.

Yen həmçinin hesab edir ki, ABŞ dolların beynəlxalq ticarət valyutası kimi əhəmiyyətini itirməməsi üçün təcili olaraq iqtisadi siyasətini dəyişməlidir. Onun sözlərinə görə, ölkənin təxminən 7%-lik büdcə kəsiri uzunmüddətli perspektivdə investorların dollara inamını itirməsinə gətirib çıxara bilər. Onun fikrincə, əgər Çin alternativ olaraq öz milli valyutasını təklif edərsə, belə bir addım gözlənilməz nəticələrə səbəb ola bilər.

Ekspertin fikrincə, bu baxımdan ABŞ  ayrı-ayrı üzv ölkələrin həddindən artıq borcunun qarşısını almaq üçün müxtəlif mexanizmlər işləyib hazırlayan avrozonadan nümunə götürməlidir.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğan ABŞ-a gedir, İsrailin Baş naziri ilə görüşəcək

Sonrakı məqalə

Prezident İlham Əliyev Tacikistana səfərə gedib