“Roberto Cavalli” brendinin yaradıcısı, modelyer-dizayner Roberto Kavalli Florensiyada vəfat edib.
Azpost.info bildirir ki, bu barədə La Stampa nəşri məlumat yayıb. Onun 83 yaşı var idi.
Kavalli xəstəxanada müalicə alırdı.
Kavalli 1940-cı il noyabrın 15-də Florensiyada anadan olub. O, gənclik illərində parça dizaynı ilə maraqlanıb, parça və hazır məhsullar biznesini açıb. 30 yaşından etibarən isə öz brendi altında öz geyim kolleksiyalarını yaradıb.
Kavalli həmçinin RC Menswear brendini və gənc Just Cavalli xəttini yaratdı.
2019-cu ildə Roberto Cavalli şirkəti Dubay investisiya şirkəti DAMAC Properties-ə satılıb.