“Dünyada ərzaqla bağlı problemlər yaranacaq” –PUTİN

“Ukraynanın nüvə silahı yaratmaq istəyi real təhlükədir”.

TASS-ın verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O vurğulayıb ki, Moskva heç vaxt Ukraynanın Rusiyaya qarşı təhdidlər üçün tramplin rolunu oynamasına icazə verməyəcək.

Rusiya Prezidenti hesab edir ki, Qərb Kiyevi silah-sursatla, kəşfiyyat məlumatları ilə təmin etməklə, məsləhətçilər və muzdlular göndərməklə qan axıdılmasını davam etdirir.

Rusiya Federasiyasına qarşı sanksiyalar mövzusuna toxunan Putin, məhdudiyyətlərin avropalıların və amerikalıların özlərinə dəydiyini bildirib.

“Qərbin sanksiyaları bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Dünyada ərzaqla bağlı problemlər yaranacaq. Qərbin ambisiyalarının əvəzini bütün planet ödəyəcək”- deyə Putin vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın qarşısını almaq siyasəti Qərbin uzunmüddətli strategiyasıdır.

Putin Qərbin sanksiyalarını Rusiya Federasiyasının milli biznesi üçün dərs adlandırıb: “Ölkənizə investisiya qoymaqdan etibarlı heç nə yoxdur”.

Onun sözlərinə görə, hazırda baş verən hadisələr Qərbin siyasət və iqtisadiyyatdakı qlobal hökmranlığının üstündən xətt çəkir.

Putin bildirib ki, ABŞ və onun tərəfdarlarının sanksiya addımları dünyanın yarıdan çoxunun yaşadığı ölkələr tərəfindən dəstəklənmir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislamı beynəlxalq təşkilatın rəhbərliyinə kim dəvət edib?

Sonrakı məqalə

Kiyev Mariupoldakı dram teatrının bombalanması ilə bağlı bəyanat yayıb