Dünyada COVID-19-a yoluxanların sayı 250 milyon nəfəri ötüb

06 Noyabr 2021 - 18:15

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 250 milyon nəfəri ötüb.

Pandemiyanın statistikasını aparan Worldometer saytı xəbər verir ki, hazırda bütün dünyada koronavirusa 250 milyon 34 min yoluxma qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 57 min nəfərə, sağalanların sayı isə 226 milyon 333 min nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyası yoluxanların, həm də virusdan ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 47 milyon 280 min nəfəri keçib, 774 min 673 nəfər infeksiya səbəbindən həyatını itirib, 37 milyon 269 mindən çox insan sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 34 milyon 344 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 460 min 268 nəfər vəfat edib, sağalanların sayı 33 milyon 728 min nəfərə çatıb.

Bu göstəriciyə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu ölkədə pandemiya dövrü ərzində 21 milyon 862 min nəfər virusa yoluxub, onlardan 609 min 112 nəfər ölüb, 21 milyon 54 min nəfər isə sağalıb.

Qeyd edək ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.