Dünyada COVID-19-a yoluxanların sayı 65 milyon nəfəri ötüb –

Bir sutkada altı min insan ölüb (ÜST)
06 Dekabr 2020 - 11:22

Dünyada COVID-19-a yoluxanların sayı 65 milyon nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata əsasən, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 65 007 974 təşkil edir. Qeyd edilir ki, dünyada pandemiya ərzində 1 507 018 insan koronavirusdan həyatını itirib.

COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 403 mindən çox olub. Son sutkada isə 6 348 insan infeksiyadan həyatını itirib.