Dünyada COVID-19-dan ölənlərin sayı 1.5 milyonu keçib

03 Dekabr 2020 - 12:23

Dünyada COVID-19-dan ölənlərin sayı 1.5 milyonu keçib.

“Vorldometers”ə istinadən xəbər verir ki, bununla koronavirusdan ölənlərin sayı 1 500 271-ə çatıb. Məlumata əsasən, virusa yoluxanların sayı  64 897 870, xəstəlikdən sağalanların sayı isə 44 993 631 nəfərdir.

Qeyd edək ki, koronavirusdan ən çox ölüm halı ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.