Dünyada yeni növ koronavirus (COVİD-19) aşkarlanan insanların sayı 3 milyonu keçib.
“RİA Novosti” xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, bu günə olan məlumata görə, indiyə kimi dünyada 3 002 303 nəfər koronavirusa yoluxub. Onların demək olar ki, üçdə biri (973 min) ABŞ-dadır. Yoluxmuşların sayına görə ikinci yerdə İspaniya (229 min), üçüncü yerdə isə isə İtaliya (199 min) qərarlaşıb.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib