Dünyada koronavirusa yoluxanların ümumi sayı 10 milyona çatır –ÜST

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,8 milyon nəfəri ötdü ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son məlumatlara görə, dünyada ötən gün ərzində təhlükəli infeksiyadan 4 612 ölüm aşkar edilib. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 495 760 nəfər təşkil edir.

Son gün ərzində virusa yeni 189 077 yoluxma aşkarlanıb. Epidemiyanın başlanğıcından COVID-19-a yoluxanların sayı 9 843 073 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan vətəndaşları iyulun 1-dən Aİ ölkələrinə səyahət edə biləcəklər

Sonrakı məqalə

Ermənistanın işğalçı qüvvələri atəşkəs rejimini 27 dəfə pozulub