Dünyada nə qədər insan mobil internet və smartfondan istifadə edir? –HESABAT

GSM Assosiasiyası (GSMA) 2023-cü il üçün Mobil İnternet Bağlantısı Hesabatını açıqlayıb.

Azpost.info bildirir ki, bu sənədə əsasən, dünyada 4,3 milyard insan smartfonlara sahibdir. Bu da planetin ümumi əhalisinin 55%-ni təşkil edir. Mobil internet istifadəçilərinin sayı 4,6 milyarda çatıb, 4 milyard insan internetə smartfonlar vasitəsilə qoşulub.

GSMA hesabatı regionlar üzrə mobil internet əlçatanlığının qeyri-bərabərliyini qeyd edib: Şimali Amerika və Şərqi Asiyada smartfon sahiblərinin 69%-i 4G cihazlarından, Afrika və Yaxın Şərqdə istifadəçilərin əksəriyyəti hələ də 3G şəbəkələrindən istifadə edir.

Mobil internetin yayılması davam edir. Lakin hələ də 3,4 milyard insanın və ya dünya əhalisinin 38%-nin mobil cihazlarda internetə çıxışı yoxdur. Saxarada əhalinin 59%-nin internetə çıxışı yoxdur, Cənubi Asiyada isə bu rəqəm 52%-dir.

Qeyd olunur ki, 600 milyona yaxın insan və ya dünya əhalisinin təxminən 8%-i mobil internetdən özəl telefonlarda istifadə edir. Mobil istifadəçilərin sayının artmasına rəqəmsal bacarıqların zəifliyi, savadsızlıq, təhlükəsizlik problemləri və müvafiq məzmunun məhdud əlçatanlığı mane olur.

Bağlantının olmaması milyardlarla insanın həyati əhəmiyyətli xidmətlərə daxil olmasına mane olur. GSMA bunun daha yoxsul və daha az təhsilli qruplar üçün vəziyyəti daha da pisləşdirdiyini vurğulayır.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan millisi Estoniyaya qalib gəldi

Sonrakı məqalə

Neft Fondunda 55 milyard dollar toplanıb –