Dünyada neftin qiymətini niyə “Brent” müəyyən edir?

“Brent” markalı neft hansı dənizdən çıxarılır və nəyə görə etalon hesab edilir?

SOCAR-ın rəsmi feysbuk səhifəsində bununla bağlı maraqlı paylaşım var.

“Brent” neft yatağı Norveçin qərbində – Şetland adalarında yerləşir. Neft yatağı 1971-ci ildə kəşf olunub.

“Brent” Norveç və Britaniya arasında Şimal dənizindəki neft yataqlarından hazil olunan xam neftdir. “Brent” sözü layların adından götürülüb.

B > “BROOM”

R > “RANNOCH”

E > “ETIVE”

N > “NESS”

T > “TARBERT”

Bəs niyə “Brent” etalon marka sayılır? Çünki tərkibində kükürdün həcmi (0,37%) azdır. Sıxlığına görə “Brent” yüngül neftdir. İqtisadi səmərəliliyi yüksəkdir. Şimal dənizinin coğrafi mövqeyi çox əlverişlidir. Dünya neftinin (70%-nin) qiymətini “Brent” müəyyən edir.

Əvvəlki məqalə

“Kuril adalarında hərbi təlim keçirməyin!” –

Sonrakı məqalə

AMEA-nın elmi institutlarının taleyi necə olacaq? –