Dünyada ötən sutka 700 min nəfər koronavirusa yoluxub

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 700 mindən çox olub.

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytı xəbər verir ki, ötən sutka ərzində 700 min 607 nəfər yeni koronavirusa yoluxub, 10 min 228 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 205 milyon 458 min 743, ölənlər isə 4 milyon 336 min 669 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (37 milyon), Hindistan (32 milyon), Braziliya (20,2 milyon), Rusiya (6,5 milyon), Fransa (6,3 milyon), Böyük Britaniya (6,1 milyon) və Türkiyədə (5,9 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir