Dünyada son sutkada koronavirusa 607 mindən çox yoluxma qeydə alınıb

23 May 2021 - 11:00

Dünyada son sutka ərzində 607 681 nəfər koronavirusa yoluxub, 12 457 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 165 772 430 yoluxma hadisəsi, 3 437 545 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 46 faizdən çoxu Cənub-Şərqi Asiyanın (281 388) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (207 102) ilə Avropa (61 960) bölüşür.