Dünyada son sutkada koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb

12 May 2021 - 09:01

Dünyada son sutka ərzində 643 735 nəfər koronavirusa yoluxub, 10 912 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 158 651 638 yoluxma hadisəsi, 3 299 764 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 54 faizdən çoxu Cənub-Şərqi Asiyanın (351 376) payına düşür.

Digər yerləri isə Şimali və Cənubi Amerika (163 142) ilə Avropa (70 005) bölüşür.