Dünyada son sutkada koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb –

ÜST
15 May 2021 - 09:00

Dünyada son sutka ərzində 717 513 nəfər koronavirusa yoluxub, 13 043 nəfər ölüb.

TASS- xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 160 813 869 yoluxma hadisəsi, 3 339 002 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın (363 731) payına düşür.

Digər yerləri isə Şimali və Cənubi Amerika (194 490) ilə Avropa (98 170) bölüşür.