Dünyada son sutkada yarım milyona yaxın koronavirusa yoluxma qeydə alınıb

ÜST
16 Dekabr 2020 - 09:24

Dünyada son sutkada 496 156 nəfər koronavirusa yoluxub, 8443 nəfər ölüb. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 71 581 532 yoluxma hadisəsi, 1 618 374 ölüm faktı qeydə alınıb.

Yoluxmanın 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın (240 197) payına düşür. Digər yerləri isə Avropa (188,227), Cənub-Şərqi Asiya (32,028) bölüşür. (TASS)