Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” dünyanın ən bahalı şirkəti olub.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, “Saudi Aramco”nun kapitallaşması əvvəllər bu göstəricidə birinci olan “Apple”ı geridə qoyaraq 2,43 trilyon dollara çatıb. Eyni zamanda “Apple”ın səhmləri 5,2 faiz azalaraq 2,37 trilyon dollara düşüb.
“Apple” 2020-ci ildən kapitallaşma üzrə birinci yerdə idi. Agentlik əlavə edir ki, hazırda enerji şirkətləri enerji bazarında inflyasiya və məhdud təklifdən faydalanırlar.
Azpost.info