Dünyanın ən çox qazanan idmançıları –“Forbes” siyahını açıqladı (ADLAR)

Dünyanın ən gəlirli idmançılarının adları açıqlanıb.

Azpost.info xəbər verir ki, illik reytinqi “Forbes” tərtib edib.

Siyahıya PSJ-nin və Argentina millisinin futbolçusu Lionel Messi başçılıq edir.

Hücumçu 130 milyon dollar alır ki, bunun da 75 milyon dolları onun maaşı, 55 milyon dolları isə sponsorluq və reklam müqavilələrindən alınan ödənişlərdir. İlk üçlüyə 121 milyon dollardan çox qazanan “Los Angeles Lakers”ın amerikalı basketbolçusu Lebron Ceyms və gəliri 115 milyon dollar olan “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo daxil olub.

Dünyanın ən çox maaş alan ilk 10 idmançısına həmçinin braziliyalı futbolçu Neymar, amerikalı basketbolçular Stefen Karri və Kevin Dyurant, isveçrəli tennisçi Rocer Federer, meksikalı boksçu Saul Alvares, amerikalı futbolçu Tom Breydi və yunan basketbolçu Yannis Adetokunbo daxildir.

Azpost.info

Əvvəlki məqalə

“NATO Rusiya sərhədlərində hürür…” –

Sonrakı məqalə

Lavrov: “Moskva Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında maraqlıdır”