Dünyanın ən bahalı on qapıçısı- SİYAHI

Futbol üzrə dünyanın ən bahalı qapıçıları müəyyənləşib.

“Transfermarket” portalının tərtib etdiyi siyahıda on qolkiperin adı yer alıb.

İlk üç pillədə Dioqu Koşta (“Portu”), Canluici Donnarumma (PSJ), Mayk Menyan (“Milan”) və Tibo Kurtua (“Real Madrid”) qərarlaşıb. Portal onların hər birinin dəyərini 45 milyon avro qiymətləndirib.

Növbəti sıralarda isə müvafiq olaraq Ederson (“Mançester Siti”, 40 milyon avro), Andre Onana (“Mançester Yunayted”, 40 milyon avro), Qreqor Kobel (“Borussiya” Dortmund, 35 milyon avro), Yan Oblak (“Atletiko”, 35 milyon avro), Alisson (“Liverpul”, 35 milyon avro), Mark-Andre ter Ştegen (“Barselona”, 35 milyon avro) yer alıblar(azərtac).

Əvvəlki məqalə

HƏMAS-ın girovluğunda neçə nəfər var?

Sonrakı məqalə

“İsrail ordusu müharibənin növbəti mərhələsinə hazırlaşır”