Dünyanın ən yaşlı dizayneri vəfat edib- 9 ABŞ prezidenti ilə işləmişdi

Məşhur amerikalı kolleksiyaçı, dizayner və stil ikonu İris Apfel 102 yaşında dünyasını dəyişib.

Azpost.info xəbər verir ki, bu barədə “New York Post” yazır.

2019-cu ildə, 97 yaşı olanda qadın IMG agentliyi üçün model olmuşdu.

“Öznəməxsus üslubu, xüsusən də böyük qara çərçivəli eynəkləri ilə tanınan İris Apfel Florida ştatının Palm Beach şəhərindəki evində vəfat edib”, – məlumatda deyilir.

Apfelin atası güzgü və şüşə istehsalı ilə məşğul idi, anası isə geyim butikinə sahibdi. Gələcək dizaynerin istedadını məhz anası kəşf etmişdi. Apfel özü “Old World Weavers” adlı tekstil şirkətini qurmuşdu. O, eyni zamanda, Ağ Evdən də sifarişlər alırdı.

Dizayner doqquz ABŞ prezidenti ilə işləyib. 2005-ci ildə Metropolitan İncəsənət Muzeyində keçirilən sərgi ona dünya şöhrəti gətirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.