Dünən cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb –DİN

İyunun 7-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarılan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.