“Düşmən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib” –

MÜDAFİƏ NAZİRLİYİ
21 Oktyabr 2020 - 19:20

“Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, düşmən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib: “Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmənin 6 PUA-sı məhv edilib. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin etiraflarını Ali Baş Komandanımız bundan əvvəl də vurğulayıb”. (Report)