2020-ci il 12-17 iyul tarixlərindəki “6 günlük” artilleriya müharibəsində Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonunun Ağdam kəndi ərazisindəki Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatları Azərbaycan Müdafiə Nazirliyi təkzib etsə də, bu mövzu ərafında ciddi manipulyasiyaların şahidi olduq.
Qaraqaya strateji yüksəkliyi döyüş zamanı olduğu kimi, hazırda da Azərbaycan ordusunun nəzarətindədir və buradan Ermənistan ordusunun mövqeləri, o cümlədən bir sıra yaşayış məntəqələri aydın müşahidə olunur. Bu istiqamətdə ağır artilleriyanın istifadə edilməsi ilə aktiv hərbi əməliyyatlar tərəflər arasında sonuncu dəfə 1992-1993-cü illərdə baş verib. Bugünədək daha çox kiçik çaplı silahlardan atəşkəsin pozulması halları müşahidə olunub.
İyul hadisəsi son 20 ildə baş vermiş ilk şiddətli atışma kimi tarixə düşdü.
Seymur Kazımov
Pressklub.az
Foto 2. Qaraqaya yüksəkliyinə gedən yol
Foto 3. Tovuzun Ağdam kəndinin yüksəklikdən görünüşü
Foto 4. Azərbaycan (quru) – Ermənistan (su) sərhədi. İki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası keçirilmədiyindən iki ölkə arasındakı sərhəd sovet dövründə mövcud olmuş inzibati ərazilər çərçivəsində müəyyən olunub. Həm Azərbaycan, həm də Ermənistan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunarkən, onların Sovet İttifaqı dövründəki sərhədləri əsas götürülüb.
Foto 5. Yüksəklikdəki müşahidə nöqtəsi
Foto 6. Azərbaycan Ermənistan sərhədindəki Ağdam kəndi