Düşmənin ovuc içi kimi göründüyü Qaraqaya postu –TOVUZDAKI STRATEJİ YÜKSƏKLİKDƏN FOTOLAR

2020-ci il 12-17 iyul tarixlərindəki “6 günlük” artilleriya müharibəsində Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonunun Ağdam kəndi ərazisindəki Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatları Azərbaycan Müdafiə Nazirliyi təkzib etsə də, bu mövzu ərafında ciddi manipulyasiyaların şahidi olduq.

Qaraqaya strateji yüksəkliyi döyüş zamanı olduğu kimi, hazırda da Azərbaycan ordusunun nəzarətindədir və buradan Ermənistan ordusunun mövqeləri, o cümlədən bir sıra yaşayış məntəqələri aydın müşahidə olunur. Bu istiqamətdə ağır artilleriyanın istifadə edilməsi ilə aktiv hərbi əməliyyatlar tərəflər arasında sonuncu dəfə 1992-1993-cü illərdə baş verib. Bugünədək daha çox kiçik çaplı silahlardan atəşkəsin pozulması halları müşahidə olunub.

İyul hadisəsi son 20 ildə baş vermiş ilk şiddətli atışma kimi tarixə düşdü.

Seymur Kazımov

Pressklub.az

Foto 2. Qaraqaya yüksəkliyinə gedən yol

Foto 3. Tovuzun Ağdam kəndinin yüksəklikdən görünüşü

Foto 4. Azərbaycan (quru) – Ermənistan (su) sərhədi. İki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası keçirilmədiyindən iki ölkə arasındakı sərhəd sovet dövründə mövcud olmuş inzibati ərazilər çərçivəsində müəyyən olunub. Həm Azərbaycan, həm də Ermənistan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunarkən, onların Sovet İttifaqı dövründəki sərhədləri əsas götürülüb.

Foto 5. Yüksəklikdəki müşahidə nöqtəsi

Foto 6. Azərbaycan Ermənistan sərhədindəki Ağdam kəndi

Foto 7. Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndi Azərbaycan ordusunun mövqelərindən aydın müşahidə olunur.


Foto 9. Azərbaycan ordusunun mövqelərindən aydın müşahidə olunan erməni yaşayış məntəqəsi

Foto 10. Ermənistan Silahlı Qüvvələrinin təkərlərlə mühafizə olunan döyüş ərazisi

Foto 11. Ermənistan Silahlı Qüvvələrinin təkərlər və digər vasitələrlə mühafizə olunan döyüş ərazisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 588 nəfər virusdan sağalıb –

Sonrakı məqalə

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin plenar iclasına göndərildi –