“Düyünün kilosunu 3 manata verirdim, indi satacağam 5 manata” –Fermerlər yanacağın bahalaşmasından narazıdır

İndi kənd təsrrüfatında yaz əkini üçün hazırlıq işləri gedir. Fermerlərin fikrincə yanacağın bahalaşması birinci növbədə yaz əkini hazırlığında özünü göstərəcək. Yeri gəlmişkən, Tarif Şurası bu il yanvarın 5-dən benzinin qiymətini 11, dizel yanacağının isə 33 faiz bahalaşdırıb.

Masallı rayonun Təklə kənd sakini, fermer Səmədağa Həmidov Azadlıq Radiosuna yerin şumlanmasında və digər işlərdə bahalaşmanın qaçılmaz olduğunu deyib:

“Traktorçular da 10 manat qaldıracaqlar”

“Dizel yanacağın qiymətini 20 qəpik qaldırıblar. Traktorçular da şumladıqları torpağın hər hektarına 10 manat qaldıracaqlar. Məsələn, bir hektarı sürürdülər 30 manata, indi sürəcəklər 40 manata. Yeri sürəni qınamaq da düz deyil.Deyir ki,yanacaq bahalaşıb,qiyməti budur. İstəyirsən yeri şumlat, istəmirsən şumlatma. Torpağı şimlamasan yerin qalar boş, acından ölərsən.”

“Bu pulun başına min oyun gətirirlər”

O hesab edir ki, kənd təsərrüfatında edilən güzəştlər tələbləri ödəmir:

“Güzəştli yanacaqdan danışmağa dəyməz. Biz bu güzəştləri görmüşük. Subsidya verirlər, bankomatdan götürürük. Buğdaya hektara 90 manat verirlər. Bu pulun başına min oyun gətirirlər. Kartdan 40 manatı götürürəm,qalanını götürmək olmur. Bizə deyirlər ki,bunun əvəzinə gübrə götür. Elə fermerlər var ki,mal-qara saxlayır, onun peynindən gübrə kimi istifadə edir. Üzvü gübrədir bu. Mənə zorla verilən gübrədən də yaxşı. Deyir yox. Mən dedyim gübrəni götür, pul oraya köçürüləcək.”

Onun deməsinə görə, pul da kartda gələn ilə qalanda onu silirlər:

“Bir kisə gübrəyə 8 manat pul tuturlar.Yəqin ki, yanacaq bahalaşandan sonra o da bahalaşacaq. Yanacağın bahalaşması bütün hallarda istehsal ediləck məhsulun bahalaşmasına təsir edəcək.”

Fermerin sözlərinə görə, ölkədə olan kənd təsərrüfatı bazarı tələblərə cavab vermir:

“Verdikləri subsidyanı da əlmizdən alırlar”

“Bizim bazarlar da sabit deyil. Məhsul çox olanda qiymət maya dəyərindən çox aşağı düşür. Üstəlik, kənardan da məhsul gətirib tökürlər bazarlarımıza, kəndli itirir. Badımcanın bir kisəsi 1 manat olur, pomidorun kilosu olur 15-20 qəpik. Amma özlərinin istixanları var. Orda yetişdirilən pomidorun kilosu 2 manatdan aşağı düşmür. Ağır durumdayıq. Belə qanunlar verəndə elə bil başmıza daş salırlar. Verdikləri subsidyanı da əlmizdən alırlar. Saxta, keyfiyyətsiz gübrəni sırıyırlar bizə. ”

“Bu birbaşa torpaqla işlyənlərin cibinə girməkdir”

Astara rayonunda sitrus və çəltik istehsalı ilə məşğul olan fermer Rafiq Cəfərov da dizel yanacağın bahalaşmasını düzgün hesab etmir. Onun fikrincə bu birbaşa torpaqla işlyənlərin cibinə girməkdir:

“Mənim 3 hektar sahəm var. Naringi bağlarında işləri əsasən texnika görür. O texnika da dizel yanacağı ilə işləyir. Ən ağır zərbəni kənd təsrrüfatı alacaq. Naringini buradan maşına yükləyib aparırlar başqa yerlərə, Bakıya. Mən onlara naringinin bir kilosunu verirdim 40 qəpiyə, bu dəfə verəcəym 50 qəpiyə. İldə 200 manatdan çox dizel yanacağına xərc çəkirdim…”

“Düyünün 1 kilosunu verirdim 3 manata, indi verəcəyəm 5 manata”

Onun fikrincə dizel yanacağın bahalaşması çəltikçilikdən də yan keçməyəcək:

“Mən çəltik də əkirəm. Cəltik təsərrüfatında yeri taraktor şumalyır. Cəltik sahəsinin bir hektarını 50 manata sürürlər. Torpağı çəltik əkininə hazırlamaq üçün 300-400 manat tələb olunur. Hamsına da dizel yanacağı sərf olunur. Mən düyü, buğda, naringi və digər kənd təsərrüfatı məhsulu istehsal edirəm. Qiymət artımı bütün sahələrə təsir edəcək. Düyünün 1 kilosunu verirdim 3 manata, indi verəcəyəm 5 manata. Qonşu İranda kənd təsərrüfatı inkişaf edir. Çünki orda yanacaq bizdən bir neçə dəfə ücüzdür. Bizdə məhsul baha başa gələcək, İran öz ucuz malını tökəcək Azərbaycana. Nəticədə əkilməmiş torpaqlar artacaq, işsizlər meydana cələcək.”

“Güzəştli yanacaq 100 hektarlarla torpağı olan məmurlara sərf edir”

Onun bildirdiyinə görə, kənd təsərrüfatında verilən güzəştli yanacaq təlabatı ödəmir:

”Güzətşli yanacaq mənə bəs etmir. İşimin 20-30 faizini görür. Mənim təsərrüfatıma təsir etrmir.Güzəştli yanacaq 100 hektarlarla torpağı olan məmurlara sərf edir. Subsidya və digər güzəştlər alırlar. Onlara sərf edir.Hektara 50 litir dizel yanacağı verir.Köhnə taraktordur, iki dəfə dairə vurur yanacağı qurtarır”

Rəsmilər nə deyir?

Masallı rayon Kənd Təsərrüfatı İdarəsinn müdiri Seymur Nuriyev isə mövzu ilə bağlı bunları deyib:

“Adətən bu məsələlərə Nazirlər Kabineti baxır. Güzəştlər əkin əmsallarına görə müəyyənləşib. Buğdaya görə 200 manat, arpaya görə 180 manat, tərəvəzə görə 240 manat, çəltiyə görə 280 manat verilir. Bu barədə Nazirlər Kabinetin qərarı var. Subsidya şəkilində verilən pulun 25 faizini kartdan çıxartmaq mümkündür. Bunun 75 faizini isə gübrəyə, dərmana istifadə edə bilərlər. Qərarı Kənd Təsərrüfatı Nazirliyi vermir, Nazilər Kabineti verir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türk hərbçiləri Qarabağda minatəmizləmə əməliyyatlarında iştirak edir

Sonrakı məqalə

300 dollardan artıq olan mallar üçün gömrük ödənişləri ödəniləcək –