Dxarmendra azərbaycanlı jurnalisti nəvəsinin toyuna dəvət edib –VİDEO/FOTOLAR

Əfsanəvi hind kino aktyoru Dxarmendra azərbaycanlı jurnalist Namiq Qurbanı nəvəsinin toyuna dəvət edib. 

Azpost.info bildirir ki, Dxarmendranın oğlu, məşhur kino aktyoru Sanni Deol övladına toy çaldırıb. Oğlu Karan Deol və Drişi Açaryanın toyu iyunun 18-də baş tutub. Karan Deol və Drişi Açarya uzun müddətdir ki, münasibətə idilər.

Namiq Qurban Azpost.info-ya bildirib ki, Dxarmendra ona dəvətnamə göndərsə də, müəyyən səbəbdən toyda iştirak edə bilməyib. Amma Dxarmendranı təbrik edib.

Cümə günü Deol ailəsi toydan əvvəl keçirilən sanqita mərasiminə toplaşıblar. Dxarmendra nəvəsi ilə rəqs edib. Mərasim Mumbayda “Tac-Lends-End” sarayında keçirilib.  Bəyin atası Sanni Deol qardaşı Bobbi Deol rok musiqisi rəqs ediblər.

Jurnalist toydan ona göndərilmiş maraqlı kadrları təqdim edib.

KİV üçün qapalı olan toyqabağı mərasimdə Dxarmendra öz birinci arvadı, oğullarının anası ilə birgə qatılıb.

Qeyd edək ki, Namiq Qurban Dxarmendra ilə ailəvi dostluğu var. O, 2017-ci ildə Hindistanda Dxarmendranın qonağı olub. Jurnalist əfsanəvi aktyorla bağlı sənədli film də çəkib.

Azpost.info toydan eksklüziv görüntüləri oxucularına təqdim edir:

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.