Əbədi buzlaqlarda 40 min yaşı olan viruslar tapıldı –Alimlər şokda /"Nature Geoscience"

Alimlər dağlarda 20 000 fut (6 096 m) hündürlükdə buzun altında qalmış minlərlə qədim “zombi virusu” aşkar ediblər.

Azpost.info bildirir ki, bu barədə “Nature Geoscience” elmi jurnalındakı araşdırmada bildirilir.

Tapılan 1700 virusun 41 000 il yaşı var. Bu viruslar bəşər tarixi ilə bağlı bir çox əsas suallara cavab verə bilər.

Tədqiqatçılar Tibetin Quliya Buzlağının buz parçalarını toplayarkən şok kəşflə qarşılaşıblar.

Virus genomlarının əksəriyyətinin dünya elmi üçün tamamilə naməlum olduğu ortaya çıxıb.

“Nature Geoscience”in araşdırmasında virusların minilliklər ərzində iqlim dəyişikliyinə necə uyğunlaşdığı barədə məlumat verir. Buzda tapılan virusların 97 faizi elm üçün yeni olub. Bu kəşf elm adamlarının indiyədək əbədi buzlaqlarda olan viruslar haqqında topladığı məlumatların həcmini 50 dəfə artırıb. Tədqiqatçılar bu bakteriya yoluxduran virusların zamanla və 41.000 il ərzində temperatur dəyişkənliyi ilə necə dəyişdiyini tədqiq ediblər.

Tədqiqatın ilk müəllifi, Ohayo Dövlət Universitetinin paleoklimatoloqu Cpinq Çjounq bildirib ki, bu zamanın üç əsas soyutma-istiləşmə dövrünü əhatə edir. “Virusların fərqli iqlim şəraitinə cavab olaraq necə dəyişdiyini müşahidə etmək üçün unikal imkan verir””.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

“MSK-ya şikayət edəcəyik” –